1993-cü ildə qurulmuş YALAZ BOYA VƏ KİMYA SƏNAYESİ Şirkəti yarandığı vaxtdan bəri artan bir trendlə keyfiyyət və bazar payını artıraraq regionda uğur hekayəsinə imza atmışdır.
Beynəlxalq bazarda bir çox firmanın var olduğu rəqabət şəraitində istehlakçının ehtiyaclarını tamamilə təmin edən, fiziki keyfiyyət və qiymət sabitliyi ilə fərq yaradan YALAZ BOYA qısa müddətdə adını regionda tanıtmış və sənayeçi müştəriləri ilə yanaşı, inşaat firmaları arasında da önəmli bir məşhurluq əldə etmişdir.
YALAZ BOYA geniş bir kateqoriyasında boya çeşidləri istehsal edir. İnşaat, sənaye, dəniz, avtomobil, antikorroziya, metal, mebel, yol xətti boyaları firmamızın xidmət verdiyi sektorların başında yer alır.
YALAZ BOYA istər məhsul, istərsə də istehsal müddəti baxımından modern texnologiyadan istifadə edir. Məhsulun istehsalından öncə müştəri ehtiyacları təsbit edilərək lazım olduğu halda bu ehtiyaclara uyğun məhsul yenidən hazırlanır. Bu istiqamətdə minlərlə sifarişin içindən qarşılaşılan texniki problem yox deyiləcək qədər azdır. Firmamizin texniki servisə verdiyi önəm və burada gerçəkləşdirdiyimiz əməliyyatlar müştəri məmnuniyyətini üst səviyyədə qalmasını təmin edir. Eyni zamanda, firmamız istehsal və idarəetmə quruluşunu institutlaşdırmaq və özbaşına hərəkətlərin qarşısını almaq ISO9001, ISO 14001, ISO 18001 keyfiyyət standartlarında göstərilmiş bütün məqamları diqqətlə yerinə yetirir. Beləcə, YALAZ BOYA tədarükçülərinə, işçilərinə, müştərilərinə və ətraf mühitə verdiyi dəyəri tam bir şəkildə tətbiqlərində əks etdirərək fəaliyyətlərində davamlılığı təmin edir.
YALAZ BOYA ailəsi gələcəyə gedən yolda əmin addımlarla irəliləyir. Firmamız beş illik strateji plan müddətində müasir idarəetmə vasitələrinin istifadəsi ilə beynəlxalq aləmdə önəmli rol oynamağı hədəfləyir. Milli bazarla yanaşı, eyni müddətdə beynəlxalq arenada da YALAZ BOYA ciddi böyümə hədəfi olub bu yolda yorulmadan hərəkət etməyə davam edəcəkdir.