Açıqlama
Su əsaslı, akrilik kopolimer əsaslı, şəffaf, daxili və xarici məqsədlərlə istifadə olunan, sıx cəmləşmiş astardır. Boya ilə səth arasında bağlayıcı körpü qurur, boyanın səthə yapışmasını maksimum səviyyəyə çıxardır, tətbiq olunduğu səthin əmiciliyini azaldır, boyanın qurumasını sürətləndirir, fərqli əmiciliyə sahib səthlərdə son qat boyada yarana biləcək rəng dalğalanmalarının qarşısını alır.
Həcmi : 15 l, 7.5 l , 2.5 l
İstifadə Sahəsi
Beton, qaz beton, gips, suvaq və bənzər xam divarlarda, köhnə əhənglə ağardılmış, emulsiya əsaslı köhnə daxili və xarici boyalı səthlərdə istifadə olunur.