1K Kristal Su İzolyasiya Mortarı
Məhsul Haqqında
Polimer qatqılarla konsolidasiya olunmuş, kapilyar təsirlərdən qaynaqlanan su izolyasiya problemlərinin həllində istifadə olunan, qarajlarda, terraslarda, təməllərdə və zirzəmilərdə həm içəridən, həm də xaricdən izolyasiyada istifadə olunan, su ilə reaksiyaya girəndə suda əriməyən kritallar yaradan və bu kristalların betonun damarları içərisinə nüfuz etməsi ilə betonu dəqiq və qalıcı olaraq su keçirməyən hala gətirən, həm pozitiv tərəfdən, həm də neqativ tərəfdən istifadəyə uyğun, sement əsaslı, tək komponentli, fırça kimi, yüngül qırmızı rəngli su izolyasiya mortarıdır.
İstifadə Olunduğu Yerlər
- Daxili və xarici məkanlarda;
- Divarda, zəmində və ya tavanda;
- Qaraj, balkon, terras kimi davamlı nəmli, yaş və rütubətli yerlərdə;
- Su anbarları, hovuzlar, su tankları və rezervuarlarda;
- Təməldə, zirzəmilərin xarici divarlarında, yeraltı və yerüstü inşaat işlərində;
- Köhnə tikintilərin yaxşılaşdırma, bərpa və renovasiya işlərində.