2K Elastik Bitümlü Qalın Örtük
Məhsul Haqqında
Bostik AquaRoll BC2 Bitümlü Qalın Örtük, solventsiz Avropa Birliyi Normalarına görə istehsal olunan, mala və ya fırça ilə tətbiq oluna bilən, yer altındakı və ya zəmin səviyyəsindəki struktur elementlərinin zəmin nəminə (kapilyar su əmmək təsirinə), su sızıntısına qarşı qorumada istifadə edilən, sadəcə pozitiv tərəfdən istifadəyə uyğun, cüt komponentli, elastik kauçuk qatqılı polimer bitümlü bir su izolyasiya materialıdır.
DIN 18195-ə uyğundur.
İstifadə Olunduğu Yerlər
- Daxili və xarici məkanlarda;
- Təməl – pərdə dəstələməsində;
- Zirzəmilərdə, yeraltı qarajlarda;
- Torpaq altında qalan beton səthlərin izolyasiyasında.