Açıqlama
Akrilik rezin əsaslı, akrilik izosiyanat ilə kürlənən, U.V. müqaviməti yüksək, saralmayan, iki komponentli bir boyadır. Fiziki və kimyəvi aşınmalara olan yüksək müqaviməti sayəsində, çətin şərtlərdə belə səthdə uzun ömürlü bir yapışma gücü təmin edir və parlaqlığını qoruyur.
Həcmi : 15 l, 7.5 l , 2.5 l
İstifadə Sahəsi
Açıq atmosfer və günəş altında qalan, rəng və parlaqlıq dayanıqlığı istənilən səviyyədə olan bütün polad strukturlarda, sənaye və liman təsisatlarında, depolama tankı və borularının xarici səthlərində, gəmi üst strukturlarında qoruyucu anti korroziya boya sistemlərinin son qat akrilik boyası olaraq istifadə olunur.