Keyfiyyət Siyasəti
Bostik Qrupun böyük önəm verdiyi və qlobal liderliyi hədəflədiyi “iş təhlükəsizliyi və işçi sağlamlığı” standartlarını idarəetməmizə eynilə adaptasiya edərək Bostikin bu sahədəki qlobal səviyyəsinə çatmaq.
Bostikin “araşdırma-inkişaf” və “innovasiya (yenilikçilik)” fəlsəfəsinə görə yeni texnologiyalar istehsal etmək surəti ilə rəqiblərimizdən fərqlənmək və sektorda həmişə bir addım öndə olmaq.
Öz komandamız, dilerlərimiz və potensial müştərilərimizə yönəlmiş müasir və davamlı bir təhsil konsepti yaradaraq “keyfiyyət və həllə fokuslanmış” rəqabət şəraiti yaratmaq.
Məhsul və xidmət keyfiyyətində şərtsiz və davamlı müştəri məmnuniyyətini təmin etmək.
Müştəri gözləntilərinə ən uyğun, qiymət/keyfiyyət nisbəti optimal həllər yaratmaq.
Test Hesabatları
ŞİŞECAM
ODTÜ
İTÜ
Sertifikatlar
BS EN ISO 9001
BS EN ISO 14001
OHSAS 18001
TSE SƏNƏDLƏRİ
GOST
CE
Ətraf Mühitə Qayğı
Bostikin qlobal ətraf mühitə qayğısının bir hissəsinə çevrilmək.
Təsisatlarında ətraf mühitə ən az zərər verən enerjini ən effektiv şəkildə istifadə etmək.
Təsisatlarımızda qatı və maye atqıları ekoloji balansa zərər vermədən, uyğun qanunvericilikə əsasən idarə etmək.
Enerji qənaət sistemləri mövzusunda bazarda təsirə malik olmaq,yeni texnologiyalar inkişaf etdirərək ətraf mühitə və təbii həyata tövhə vermək.
Araşdırma-İnkişaf
Bu sahədə təcrübəli, uzman mühəndis və texniki işçilərdən ibarət araşdırma-inkişaf departamenti, xərcləri və ətraf mühitə təsirləri azaltmaqla yanaşı, asan və güvənli çalışmağa öncəlik verərkən müştərilərimizin məhsullarının performanslarını və müddətlərin məhsuldarlığını artırmağa yardımcı olacaq uyğun xərclərə sahib məhsul həlləri yaratmağa fokuslanmışdır.
İş Güvənliyi və İşçi Sağlamlığı
İş güvənliyi və işçi sağlamlığı mövzusunda fərdi qayğı və iştirakı təşviq edəcək təhsil konseptini yaratmaq və ən təsirli şəkildə tətbiq etmək.
Qanuni tələblərə uyğunluq içərisində işləmək.
Bostikin qlobal konseptini bütün idarəetmələrimizə adaptasiya etmək surətiylə bu sahədə beynəlxalq standartlara çataraq sektorda qabaqcıl rol oynamaq.
Şirkət Mədəniyyətinə Bağlılıq
Bostik Way-ə görə hər bir Bostik işçisi məsuliyyətlərinin fərqində olub bu istiqamətdə hərəkət edir. İşçilərimizin hərəkətləri, həmkarları, müştəriləri və ortaqları baxımından aşağıdakı altı amilə əsaslanır:
- Cəsarət;
- Açıq sözlülük;
- Davamlılıq;
- Komanda ruhu;
- Dürüstlük;
- Məsuliyyət.
Prioritetimiz: İnnovasiya
Müştəri və tədarükçülərlə davam edən müttəfiqliyimiz bazarın tələb və gözləntilərinə istiqamətlənmiş həlləri artırır.
Bu strategiya 3 önəmli məqsədlə dəstəklənir:
- Sağlamlıq və ətraf mühit üzərindəki təsirlərin azaldılması;
- Funksional dəyəri olan yapışdırıcılar dizayn etmək;
- Əlavə faydalar təmin edən yeni tətbiqlər üçün yapışdırıcılar inkişaf etdirmək.