- 2005-ci ildə Türkiyə bazarına girərək Çuhadaroğlu Kimya Anonim Şirkətini və sektora adını verən Çekomastik markasını öz tərkibinə daxil etmiş və “Çekomastik Anonim Şirkəti” adı altında qurulmuşdur.
- 2008-ci ildə Tekfen Holdinq qurucu ortağı Ali Nihat Gökyiğitin sahibi olduğu ANG Holdinq iştirakçılarından Tekbau Anonim Şirkətini də öz tərkibinə daxil edərək tikinti sektoruna meylli məhsul çeşidini daha da zənginləşdirmişdir.
- 2009-cu ildə BOSTİK Türkiyədəki 2 məşhur firması olan Çekomastik ilə Tekbau şirkətlərini tək bir idarəetmə altında inteqrasiya edərək Türkiyədəki yeri quruluşunun təməlini qoymuşdur.
- 2015-ci ilin sonundan etibarən Bostik Türkiyə iki firmasını da Çekomastik Kimya Sənaye və Ticarət Anonim Şirkəti adı altında birləşdirərək tək bir firma olaraq fəaliyyətlərinə davam etməkdədir.
- 2018-ci il mart ayında Bostik Türkiyə Esenyurt fabrikini İnegölə və mərkəz ofisini də Mecidiyeköyə köçürmüş, İyul ayında şirkət adını Bostik Kimya Kimya Sənaye və Ticarət Anonim Şirkəti olaraq dəyişdirmişdir.
Məqsədlər və Hədəflər
Yeni quruluşla birlikdə, tikinti sektorundakı ən geniş əsaslı məhsul portfoliosundan birinə sahib olmaq əsas məqsəd olaraq təyin olunmuşdur.
Bununla yanaşı, avtomobil/marin/izolyasiyalı şüşə sənayesinə dair “yapışdırma və sızdırmazlıq texnologiyaları” sahəsində də Bostikin qlobal yolunun və missiyasının eynilə mühafizə edilməsi hədəflənmişdir.
İstehsal Təsisatları
Çorlu təsisatı:
Sektorunda Türkiyənin ən yeni texnologiyasına sahib olan fabriklərindən biri olan və bütünlüklə idxal maşınları ilə gerçəkləşdirilən ikinci istehsal təsisatının aktuallaşması ilə illik 250.000 ton tutuma çatan Çorludakı modern təsisatlarda istehsal etdiyi yüksək keyfiyyətli sement əsaslı toz məhsulları üstün xidmət anlayışı ilə bir yerə gətirərək istehlakçıya təqdim edir.
İnügöl təsisatı:
Yapışdırıcı və sızdırmazlıqlar sahəsində bir çox ilklərə və yeniliklərə imza atmış olan Çekomastik bütün markasını Bostikin qlobal know-how-ı ilə birləşdirərək inkişaf etdirdiyi yenilikçi məhsulları, geniş paylama şəbəkəsi vasitəsilə istehlakçıya çatdırır.